Az | EN

AMB "PulPal"a məcburi göstəriş verib

Cəmil Hüseynzadə
17 Aprel 2025 13:06
66 baxış
AMB "PulPal"a məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC elektron pul təşkilatına məcburi göstəriş verib.

Fin.Tech.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində "PulPal"da plandankənar, yerində yoxlama zamanı yoxlayıcı lazımi texniki imkanlarla təmin edilməyib, aparılmış əməliyyatlar haqqında dolğun məlumatlar təqdim olunmayıb.

Odur ki, "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələrinə əsasən "PulPal"a münasibətdə təshih tədbirləri tətbiq edilib.

© copyright 2022 | tech.az | media@tech.az