Az | EN

Azərbaycanın qeyri-neft ixracı 691 milyon dolları ötüb

Cəmil Hüseynzadə
18 Aprel 2025 10:56
33 baxış
Azərbaycanın qeyri-neft ixracı 691 milyon dolları ötüb

2025-ci ilin I rübünün göstəricilərinə əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı 691.1 milyon ABŞ dolları təşkil edib. Bu ixracın ümumi çəkisi 1 milyon 36 min ton olub. Rəqəmlər Azərbaycanın neftdənkənar sektorunun ixrac potensialının artmaqda davam etdiyini göstərir.

İxrac olunan qeyri-neft məhsulları arasında yeməli meyvələr və qoz-fındıq, plastmassa məmulatları, qiymətli metallar və daşlar, alüminium, gübrələr, tərəvəz, pambıq və üzvi kimyəvi birləşmələr üstünlük təşkil edib.

Ən yüksək statistik dəyər 105.3 milyon dollarla yeməli meyvə və qoz-fındıq məhsulları qrupuna aiddir. Qeyri-neft ixracında həmçinin 66 milyon dollar dəyərində qiymətli metallar və daşlar, 81.2 milyon dollar dəyərində plastmassa məmulatları da mühüm yer tutur.

Bu artım Azərbaycanın ixrac strukturunun şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində atılan addımların müsbət nəticələr verdiyini göstərir.

© copyright 2022 | tech.az | media@tech.az