Az | EN

Azərbaycanda “Uber Azərbaycan” MMC Rəsmi Qeydiyyata Alındı

Cəmil Hüseynzadə
10 Aprel 2025 12:33
138 baxış
Azərbaycanda “Uber Azərbaycan” MMC Rəsmi Qeydiyyata Alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Uber Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 1407122381) rəsmi olaraq dövlət qeydiyyatına alıb.

Yeni hüquqi şəxsin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Uğur Hüseynov Atif oğludur.

“Uber Azərbaycan” MMC-nin hüquqi ünvanı aşağıdakı kimidir:
AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 1, mənzil 1.

Bu addım “Uber” brendinin Azərbaycanda daha rəsmi və strukturlaşdırılmış fəaliyyətə keçməsi ehtimalını artırır. Hazırda məsələyə dair şirkət tərəfindən ictimai açıqlama verilməsə də, qeydiyyat ölkədə rəqəmsal nəqliyyat xidmətləri bazarında yeni mərhələnin başlanğıcı ola bilər.

© copyright 2022 | tech.az | media@tech.az