Az | EN

London mərkəzli “Guavapay” Mərkəzi Bankdan lisenziya aldı

Cəmil Hüseynzadə
16 Aprel 2025 19:00
186 baxış
London mərkəzli “Guavapay” Mərkəzi Bankdan lisenziya aldı

 

Mərkəzi Bank tərəfindən “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib. 

Fin.Tech.az Media xəbər verir ki,bu barədə Mərkəzi Bank açıqlama verib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 09 aprel 2025-ci il tarixli Qərarı ilə “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.

© copyright 2022 | tech.az | media@tech.az