Az | EN

Neft və qazdan 3 milyard manata yaxın gəlir əldə edilib

Cəmil Hüseynzadə
17 Aprel 2025 15:52
18 baxış
Neft və qazdan 3 milyard manata yaxın gəlir əldə edilib

2025-ci ilin ilk üç ayı ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 3 milyard 17,2 milyon manat gəlir əldə edib. Bu məbləğin 2 milyard 251,9 milyon manatı mənfəət nefti və qazın satışından, qalan 765,3 milyon manatı isə bonus ödənişləri və tranzit haqlarından ibarətdir.

Daxilolmaların əsas hissəsi Azəri–Çıraq–Günəşli (AÇG) yatağından daxil olub – 2 milyard 1,6 milyon manat. Şahdəniz qaz yatağından isə 181,9 milyon manat gəlir daxil olub.

Bu gəlirlər Azərbaycanın neft sektorunun hələ də iqtisadiyyatın əsas dayaqlarından biri olduğunu göstərir.

© copyright 2022 | tech.az | media@tech.az