Az | EN

2026-cı ildən etibarən GITEX Central Asia & Caucasus Qazaxıstanda keçiriləcək

Cəmil Hüseynzadə
26 May 2025 01:08
18 baxış
2026-cı ildən etibarən GITEX Central Asia & Caucasus Qazaxıstanda keçiriləcək

2026-cı ildən etibarən dünyanın aparıcı texnoloji tədbirlərindən biri olan GITEX Central Asia & Caucasus Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunacaq. Bu barədə rəsmi elan 2025-ci ilin mayında Berlində keçirilən GITEX EUROPE 2025 forumunda verilib.

Tədbirin təşkilinə dair memorandum GITEX-in təşkilatçıları ilə Qazaxıstan hökuməti arasında imzalanıb. Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye naziri Jaslan Madiyev bildirib ki, belə bir beynəlxalq tədbirin Astanada keçirilməsi ölkənin Mərkəzi Asiyanın rəqəmsal gündəminin formalaşmasında oynadığı rolun beynəlxalq səviyyədə tanınması deməkdir.

Nazirlikdən verilən məlumata görə, GITEX texnoloji sərgiləri artıq Afrika (Mərakeş), Asiya (Sinqapur) və Avropa (Berlin) kimi regionlarda uğurla təşkil olunur. Astananın növbəti ev sahibi kimi seçilməsi ölkənin texnoloji innovasiyalar sahəsindəki fəallığı ilə əlaqədardır.

© copyright 2022 | tech.az | media@tech.az