2025-ci ilin yanvar-aprel aylarında Qazaxıstanın bank sektoru ümumilikdə 2 milyard dollar həcmində xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək göstəricidir. Təkcə aprel ayında bankların ümumi mənfəəti 530 milyon dolları keçib.
Ən çox qazanan ilk beş bank
İkinci səviyyəli banklar arasında ən çox mənfəət əldə edən bank Halyk Bank olub. Bank dörd ay ərzində 740 milyon dollar xalis gəlir əldə edib. Bunun 192 milyon dolları aprel ayında qeydə alınıb.
Halyk Bank aktiv həcminə görə də liderdir – 41 milyard dollar. Bu vəsaitin 26 milyard dolları (64%-i) kreditlərə yönəldilib. Bankın kredit portfelində gecikmiş borclar aşağıdakı kimidir:
- 7 günü keçənlər – 4,5%,
- 30 günü keçənlər – 3,7%,
- 90 günü keçənlər – 2,7%.
İkinci yerdə Kaspi Bank qərarlaşıb. Bu bank təkcə aprel ayında 101 milyon dollar qazanc əldə edib. Ümumilikdə dörd ayda bankın mənfəəti 385 milyon dollar təşkil edib.
Kaspi Bankın aktivləri 18,6 milyard dollar, kredit portfeli isə 14,3 milyard dollardır. Lakin burada vaxtı keçmiş kreditlərin payı yüksəkdir:
- 7 gün – 7,9%,
- 30 gün – 6,6%,
- 90 gün – 5,1%.
Üçüncü yeri Bank CenterCredit tutur. Aprel ayında bank 43 milyon dollar, ilin əvvəlindən isə 217 milyon dollar xalis mənfəət əldə edib. Bankın aktivləri 15,5 milyard dollar yaxındır, 9,1 milyard dollar həcmində kredit verilib. Gecikmiş borclar:
- 7 gün – 3,2%,
- 30 gün – 2,4%,
- 90 gün – 1,8%.
Jusan Bank aprel ayında 38 milyon dollar, yanvar-aprel aylarında isə ümumilikdə 125 milyon dollar xalis gəlir əldə edib. Kredit portfeli 2,9 milyard dollardır. Lakin burada vaxtı keçmiş kreditlərin faizi yüksəkdir:
- 7 gün – 12%,
- 30 gün – 10%,
- 90 gün – 7,7%.
Beşinci yerdə ForteBank qərarlaşıb – aprel ayında 36 milyon dollar, dörd ayda isə 130 milyon dollar xalis mənfəət əldə edib. Bankın aktivləri 10 milyard dollar, kredit portfeli isə 5,6 milyard dollardır.
İlk onluqda yer alan digər banklar:
- Otbası Bank – aprel: 21,5 milyon dollar, yanvar-aprel: 102 milyon dollar
- Citibank Kazakhstan – aprel: 16,4 milyon dollar, ümumi: 61 milyon dollar
- Bank RBK – aprel: 14,2 milyon dollar, ümumi: 53 milyon dollar
- Bereke Bank – aprel: 11,3 milyon dollar, ümumi: 40 milyon dollar
- Home Credit Bank – aprel: 9,3 milyon dollar, ümumi: 30 milyon dollar
Qazaxıstan Maliyyə Bazarlarını Tənzimləmə və İnkişaf Agentliyinin sədr müavini Oljas Kizatov bildirib ki, ölkənin bank sektoru sabitliyini qoruyur.