Az | EN

Valyuta məzənnəsinin dəyişməsi Mərkəzi Bankı zərər salıb

Cəmil Hüseynzadə
26 May 2025 00:29
8 baxış
Valyuta məzənnəsinin dəyişməsi Mərkəzi Bankı zərər salıb

Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə maliyyə hesabatında valyuta mövqeyinin yenidən qiymətləndirilməsi nəticəsində 59,8 milyon AZN məzənnə zərəri qeydə alındığını açıqlayıb. Bu zərər, bankın aktiv və öhdəliklərinin xarici valyutada olan hissəsinin rəsmi məzənnədə baş verən dəyişikliklər fonunda yenidən qiymətləndirilməsi ilə əlaqədardır.

Qeyd edək ki, 2023-cü ildə AMB eyni səbəbdən 48,801 min AZN məzənnə gəliri əldə etmişdi. Bu da göstərir ki, 2024-cü ildəki məzənnə dəyişmələri bankın maliyyə nəticələrinə mənfi təsir göstərib.

© copyright 2022 | tech.az | media@tech.az