Vyetnamın Rabitə İdarəsi ölkədə fəaliyyət göstərən telekommunikasiya operatorlarına Telegram messencerinə girişin bloklanması barədə göstəriş verib. Bu barədə Reuters məlumat yayıb.
Sənədə əsasən, bloklama tədbirləri iyun ayına qədər həyata keçirilməlidir. Rəsmi Hanoy Telegram-ı qanunsuz məlumatların silinməsi tələblərinə əməl etməməkdə və ölkə qanunlarını pozmaqda ittiham edir.
Vyetnam polisi bildirir ki, Telegramdakı 9600-dən çox yerli kanal və qrupun üçdə ikisi ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərir. Bu kanallar vasitəsilə fırıldaqçılıq və narkotik ticarəti kimi cinayətlər həyata keçirilir.
Bloklamaya səbəb olaraq, platformanın hüquq-mühafizə orqanlarının istintaq tələblərinə cavab verməməsi göstərilib.