Fin.tech.az xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları üzrə ölkədə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə əməkhaqqı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artaraq 1083,8 manat təşkil edib.
Ekspertlər bu artımın əmək bazarındakı canlanma, bəzi sahələrdə ixtisaslı kadrlara tələbatın artması və ümumilikdə iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqəli olduğunu bildirirlər.
2025-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri nominal ifadədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 26,3 milyard manat olmuşdur.