Az | EN

Ödəniş kartlarının sayı 20 milyon 675 minə çatdı – Apreldə 215 min yeni kart dövriyyəyə buraxılıb

Cəmil Hüseynzadə
27 May 2025 16:29
39 baxış
Ödəniş kartlarının sayı 20 milyon 675 minə çatdı – Apreldə 215 min yeni kart dövriyyəyə buraxılıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil etmişdir.
Fin.tech.az Media xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayımlayıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 19,5% artmış, kredit kartlarının sayı isə 0,1% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,301 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8,071 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,224 mln. manatı POSterminallar, 4.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.

© copyright 2022 | tech.az | media@tech.az