2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandakı banklar ümumilikdə 339.8 milyon manat xalis mənfəət əldə ediblər. Eyni dövrdə bankların əməliyyat mənfəəti isə 564.4 milyon manat təşkil edib. Fin.tech.az Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayımlayıb
Maliyyə göstəricilərinə əsasən, 2025-ci ilin ilk 4 ayında bank sektoru tərəfindən 90.1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.