Texnologiya nəhəngi NVIDIA, ABŞ-da yerləşən kvant startapı PsiQuantum-a 750 milyon dollara yaxın sərmayə qoymağa hazırlaşır. Məqsəd – gələcəyin texnologiyası sayılan kvant kompüterləri sahəsində liderlik əldə etmək.
PsiQuantum, ölçəklənə bilən kvant kompüterləri yaratmaq üzərində çalışan aparıcı startaplardandır. Bu sahə təkcə elm və texnologiya deyil, həm də səhiyyə, maliyyə və süni intellekt kimi sahələr üçün inqilabi imkanlar vəd edir.
Bu addım NVIDIA-nın süni intellekt və hesablama gücü sahələrindəki təcrübəsini kvant texnologiyası ilə birləşdirmək niyyətini göstərir. Eyni zamanda, Apple, Google və Microsoft kimi rəqiblər arasında gedən kvant yarışında önə keçmək cəhdidir.
Əgər razılaşma baş tutarsa, bu, həm PsiQuantum üçün rekord həcmli maliyyələşmə, həm də NVIDIA-nın yeni texnoloji mərhələyə keçidi kimi qiymətləndiriləcək.