Az | EN

LVMH "Marc Jacobs" brendini 1 milyard dollara satır

Cəmil Hüseynzadə
27 İyul 2025 00:17
11 baxış
LVMH "Marc Jacobs" brendini 1 milyard dollara satır

Fransız lüks məhsullar nəhəngi LVMH Moët Hennessy – Louis Vuitton tanınmış geyim və ayaqqabı brendi Marc Jacobs-un satışını planlaşdırır. Bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, brendin mümkün alıcıları arasında Reebok-un sahibi Authentic Brands Group, Bluestar Alliance (Brookstone-un sahibi) və WHP Global (Vera Wang-ın ana şirkəti) da var. Razılaşma baş tutarsa, satış yaxın vaxtlarda rəsmiləşə bilər.

Marc Jacobs brendi 1984-cü ildə amerikalı dizayner Mark Ceykobz və Robert Duffy tərəfindən yaradılıb. Şirkət çanta, ayaqqabı, geyim və aksesuar satışı ilə məşğuldur. 1997-ci ildə LVMH Ceykobzu Louis Vuitton brendinin kreativ direktoru vəzifəsinə dəvət etmiş və eyni zamanda onun şəxsi brendində pay əldə etmişdi.

WSJ qeyd edir ki, hazırda lüks moda sektorunda aktivlik müşahidə olunur. Məsələn, 2025-ci ilin aprelində Prada, Versace brendini 1,4 milyard dollara satın almışdı. Bu alqı-satqı nəticəsində iki məşhur İtaliya moda evi birləşəcək, lakin fəaliyyətlərini öz adları ilə davam etdirəcəklər.

Qeyd: LVMH Marc Jacobs-un 100%-lik sahibi deyil. Hazırda şirkətdə dizaynerin də payı mövcuddur.

© copyright 2022 | tech.az | media@tech.az