Mustafa Namoğlu, Türkiyəli təcrübəli iş adamı və sahibkardır. O, e-ticarət və sahibkarlıq sahələrində ixtisaslaşmışdır. Sahibkarlıq fəaliyyətinə 2010-cu ildə Ankara mərkəzli mnq adlı şirkəti qurmaqla başlayıb; bu şirkət e-ticarət sahəsində xüsusi həllər təqdim edirdi. 2020-ci ildə Namoğlu, kiçik və orta bizneslər üçün yeni nəsil e-ticarət platforması olan ikas.com-u təsis etmişdir. 2024-cü ilin aprel ayında ikas, Series A investisiya raundunda 20 milyon dollar cəlb etmişdir. Bu investisiya, şirkətin Avropada fəaliyyətini genişləndirmək və məhsulunu inkişaf etdirmək məqsədilə istifadə ediləcəkdir. ikas Neftçi PFK-nın da sponsorudur.