Alibaba Group, Özbəkistandan olan 100 şirkət üçün ixrac akselerator proqramını istifadəyə verəcək. Bu təşəbbüs, Şanxay Əməkdaşlıq Təşkilatının elektron ticarət üzrə işçi qrupunun Xançjou şəhərində keçirilən iclasında razılaşdırılıb.
Bundan əlavə, Özbəkistan və Çin arasında imzalanan razılaşmalara əsasən, Aliexpress, Tmall və Taobao platformalarında ölkənin məhsulları birbaşa satışa çıxarılacaq.
Eyni zamanda JD.com marketpleysində "Made in Uzbekistan" adlı onlayn pavilyon yaradılacaq. Digər bir razılaşma isə B2B2C formatında məhsul tədarükünü və Çindəki logistika mərkəzləri vasitəsilə çatdırılmanı əhatə edir.
Bundan başqa, ZTO Express şirkətinin rəhbərliyi ilə keçirilən danışıqlarda Özbəkistanın logistika infrastrukturu, vergi və gömrük güzəştləri təqdim olunub. Şirkət, regionda elektron ticarət və avtomatlaşdırılmış logistika həllərinin inkişafında maraqlı olduğunu bildirib.