Argentina hökuməti 500 min ABŞ dolları həcmində investisiya qarşılığında vətəndaşlıq verilməsini nəzərdə tutan yeni bir proqram üzərində işləyir. Proqramın dəqiq başlanma tarixi hələ açıqlanmayıb.
İqtisadiyyat Nazirliyi nəzdində bu məqsədlə ayrıca bir agentliyin yaradılması planlaşdırılır. Yeni qurum uyğun investisiya layihələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması ilə məşğul olacaq.
Rəsmilər bildiriblər ki, investisiyalar iqtisadi baxımdan əhəmiyyətli sahələrə yönəldilməlidir. Lakin dəqiq sektorlar açıqlanmayıb. Mütəxəssislərin fikrincə, üstünlük veriləcək sahələr aqrar biznes, energetika, texnologiya və turizm olacaq.
IMI Daily-nin hesablamalarına görə, əgər proqramın dəyəri 500 min dollar səviyyəsində olsa, Argentina ildə təxminən 2 min ərizə qəbul edə bilər və bu da ölkə büdcəsinə illik 2,5 milyard dollar və ya daha çox gəlir gətirə bilər. (Hesablama metodikası açıqlanmayıb.)
Argentina pasportu, Mercosur sazişi çərçivəsində Cənubi Amerikanın doqquz ölkəsində yaşamaq hüququ verir və Şengen zonası da daxil olmaqla 172 ölkəyə vizasız giriş imkanı təqdim edir. Bu göstərici Karib hövzəsi ölkələrinin vətəndaşlıq proqramlarından daha üstündür.
Proqramın detalları yaxın aylarda açıqlanacağı gözlənilir.