Az | EN

Azərbaycan Mərkəzi Bankının illik mənfəəti iki dəfəyə yaxın artıb – 721 milyon manat

Cəmil Hüseynzadə
23 May 2025 09:59
31 baxış
Azərbaycan Mərkəzi Bankının illik mənfəəti iki dəfəyə yaxın artıb – 721 milyon manat

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü maliyyə ili üzrə 721,4 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici əvvəlki ilin (2023) 349,1 milyon manatlıq mənfəəti ilə müqayisədə təxminən iki dəfə artım deməkdir.

AMB-nin maliyyə hesabatına əsasən, bankın cəmi aktivləri 36,5 milyard manata, cəmi kapitalı isə 2 milyard manata yaxınlaşıb. Xalis faiz gəlirləri də ciddi şəkildə artaraq 498,7 milyon manata çatıb (2023-cü ildə bu göstərici 215,7 milyon manat idi).

Gəlirin əsas mənbələri

  • 2023-cü ildə Mərkəzi Bankın gəlir strukturunda əsas rol oynayan istiqamətlər bunlardır:
  • Effektiv faiz gəliri: 546,1 milyon manat
  • Ədalətli dəyərin dəyişməsindən yaranan xalis gəlir: 113,9 milyon manat
  • Sukuk və digər qiymətli kağızlardan realizə olunmuş gəlir: 139,3 milyon manat
  • Törəmə maliyyə alətlərindən xalis gəlir: 23,6 milyon manat
  • Xarici valyutanın yenidən qiymətləndirilməsindən zərər: -59,7 milyon manat

Bu göstəricilər Mərkəzi Bankın investisiya portfelinin diversifikasiyası, valyuta ehtiyatlarının idarə edilməsi və kapitalın effektiv istifadəsi sayəsində yüksək gəlir əldə etdiyini göstərir.

Kapital artımı və risklərə qarşı ehtiyatlar

AMB-nin bölüşdürülməmiş mənfəəti 972,7 milyon manata çataraq əvvəlki ilin (501,2 milyon manat) göstəricisindən təxminən 94% çoxdur. Eyni zamanda, maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlar da əhəmiyyətli dərəcədə bərpa edilib – 44,7 milyon manat.

Sair məcmu gəlir azalıb

İllik mənfəətdə ciddi artıma baxmayaraq, sair məcmu gəlir üzrə dəyişiklik mənfi 28,6 milyon manat olub. Bu, əsasən realizə olunmuş qiymətli kağızlardan mənfəətin zərərə reklassifikasiyası ilə bağlıdır.

© copyright 2022 | tech.az | media@tech.az