Az | EN

Azərbaycanda 4 ayda xarici vəndaşlara 3 milyon manata yaxın ƏDV geri qaytarılıb

Cəmil Hüseynzadə
16 May 2025 13:16
28 baxış
Azərbaycanda 4 ayda xarici vəndaşlara 3 milyon manata yaxın ƏDV geri qaytarılıb

2025-ci ilin yanvar-aprel aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumilikdə 2 milyon 922,3 min manat dəyərində Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılıb.
Fin.tech.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.

Bu məbləğ, əsasən Azərbaycan Respublikasının ərazisində istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların alınmasına, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlıdır.

Qaytarma prosesi ölkə qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib və əcnəbilərin tibbi xidmətlərə və istehlak mallarına yönəlmiş xərclərinin bir hissəsinin kompensasiya olunmasına xidmət edib.

© copyright 2022 | tech.az | media@tech.az