Az | EN

Azərbaycanda Tikinti materiallarının istehsalı azalıb

Cəmil Hüseynzadə
15 May 2025 16:19
27 baxış
Azərbaycanda Tikinti materiallarının istehsalı azalıb

Fin.tech.az xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında tikinti materialları sektorunda azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, bu dövrdə tikinti materiallarının ümumi istehsal dəyəri 401,4 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalma deməkdir.

Sektor üzrə konkret məhsul istehsalında da ciddi geriləmələr qeydə alınıb:

  • Tikinti şüşəsi – 6,5% azalma
  • Sement – 6,8% azalma
  • Beton – 11,2% azalma
  • Gips məmulatları – 18,4% azalma
  • Asfalt – 37,2% azalma
© copyright 2022 | tech.az | media@tech.az