2025-ci ilin yanvar-aprel aylarında fiziki şəxs olan istehlakçılara ümumilikdə 62 milyon 171,1 min manat Əlavə Dəyər Vergisi (ƏDV) dövlət büdcəsindən geri qaytarılıb.
Fin.tech.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.
ƏDV-nin qaytarılması əsasən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara və xidmətlərə görə həyata keçirilib.
Qaytarılan məbləğə həmçinin işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də daxildir.
Qeyd edək ki, neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları bu qaytarma prosesindən istisna olunub.