Az | EN

Mərkəzi Bankın daşınmaz aktivləri 52%-dən çox artıb

Cəmil Hüseynzadə
25 May 2025 23:21
17 baxış
Mərkəzi Bankın daşınmaz aktivləri 52%-dən çox artıb

Azərbaycan Mərkəzi Bankının 2024-cü il üzrə maliyyə hesabatında torpaq, tikili və avadanlıqlara yatırılmış aktivlərin ciddi şəkildə artdığı görünür. Əgər 2023-cü ilin sonunda bu kateqoriyada aktivlərin həcmi 353,4 milyon manat təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 538 milyon manata yüksəlib. Qeyd edək ki, bu istiqamət üzrə aktivlər yanlız Azərbaycanda yerləşdir.

Bu isə 52%-lik artım deməkdir. Sözügedən artım, Mərkəzi Bankın infrastruktur sahəsində həyata keçirdiyi genişlənmə və yenilənmə layihələrinin miqyasını ortaya qoyur. Ekspertlər bu tendensiyanı bankın texnoloji modernizasiya və institusional gücləndirmə proseslərinin tərkib hissəsi kimi qiymətləndirirlər.

© copyright 2022 | tech.az | media@tech.az