Az | EN

Mərkəzi Bankın Şimali Amerikadakı aktivləri 19% azalıb

Cəmil Hüseynzadə
25 May 2025 23:13
78 baxış
Mərkəzi Bankın Şimali Amerikadakı aktivləri 19% azalıb

Mərkəzi Bankın Şimalİi Amerikadakı aktivlərinin həcmi azalıb. Fin.tech.az xəbər verir ki, AMB-nin yayımladığı hesabatda belə qeyd edilir. 2024-cü ilin sonunda AMB-nin Şimali Amerikada aktivlərinin həcmi 11,841 milyard manat olub. 2023-cü ildə isə bu rəqəm 14,643 milyard manat olmuşdu. Buna əsas qeyd edə bilərik ki, aktivlərin həcmi 19.1% və ya 2,802 milyard manat azalıb.

AMB-nin Şimali Amerikadakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 2,827 milyard manat, borc qiymətli kağızlar üzrə 8,969 milyard manat, sair maliyyə aktivləri üzrə 45,5 milyon manat aktivləri var. 2023-cü ilə nisbətən AMB bu siyahıya sair maliyyə aktivləri əlavə etsə də, azalma borc qiymətli kağızlar üzrə olmuşdur.

© copyright 2022 | tech.az | media@tech.az