Az | EN

Neft Fondunun qızıl portfeli yüksəlib

Cəmil Hüseynzadə
17 Aprel 2025 15:55
18 baxış
Neft Fondunun qızıl portfeli yüksəlib

Qlobal miqyasda geosiyasi gərginliklər, ticarət gərginlikləri və qeyri-müəyyənlik fonunda qızıl qiymətləri 2024-cü ildən bəri artım tendensiyasını davam etdirir. Bu tendensiya 2025-ci ilin ilk rübündə də davam edərək, ARDNF-nin qızıl altportfelinə əhəmiyyətli büdcədənkənar gəlir qazandırıb. Qızılın tarixi rekord səviyyələrə çatması, portfelin dəyərini artırmaqla yanaşı, risklərin diversifikasiyasında da əhəmiyyətli rol oynayır. Bu, Fondun təhlükəsiz və gəlirli aktivlərə yönəlmə strategiyasının bir hissəsi olaraq qiymətləndirilir.

© copyright 2022 | tech.az | media@tech.az