Az | EN

PAŞA Bank “Miles&Smiles Black” kartına 50% endirim təklif edir

Cəmil Hüseynzadə
23 May 2025 00:12
12 baxış
PAŞA Bank “Miles&Smiles Black” kartına 50% endirim təklif edir

“PAŞA Bank” müştəri təcrübəsinin davamlı təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər çərçivəsində “Miles&Smiles Mastercard Black” kartı üzrə yeni güzəştli kampaniyaya start verir.

20 may – 20 iyun 2025-ci il tarixlərində keçirilən kampaniyaya qoşulan yeni müştərilər “Miles&Smiles Mastercard Black” kartını 50% endirimlə əldə etmək imkanı qazanacaqlar. Kart aktivləşdirildiyi andan etibarən bütün aşağıdakı və digər imtiyazlar əlavə tələblər olmadan dərhal müştərinin istifadəsinə təqdim olunur – hər hansı gözləmə müddəti və ya dövriyyə şərti tətbiq edilmir.

“Miles&Smiles Mastercard Black” kart sahiblərinə aşağıdakı xidmətlər təqdim olunur:

Fast track xidməti: Kart sahibləri və onların bir qonağı üçün hər il 4 dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanında sürətli keçid imkanı;

Premium lounge imkanı: Kart sahibləri və onların bir qonağı üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının premium səyahət zonalarına ildə 4 dəfə pulsuz giriş hüququ;

VIP transfer xidməti: Kart sahibləri və onların ailə üzvləri (maksimum 4 sərnişin) üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına və geri istiqamətdə ildə 4 dəfə premium nəqliyyatla ödənişsiz transfer xidməti;

Duty free keşbek: Beynəlxalq səfərlər zamanı duty free mağazalarında 50 avrodan artıq alış-verişlərə 5% keşbek imkanı;

Restoranda keşbek: Yerli restoranlarda 100 AZN və daha yüksək məbləğdə edilən ödənişlərə görə 5% keşbek və digər üstünlüklər.

“Miles&Smiles Mastercard Black” kartını sifariş etmək üçün linkə keçid edə bilərsiniz: https://pshb.az/miles

© copyright 2022 | tech.az | media@tech.az