Az | EN

Qazaxıstanda e-ticarət bazarının həcmi 7 milyard dollara çatdı

Cəmil Hüseynzadə
26 May 2025 02:10
77 baxış
Qazaxıstanda e-ticarət bazarının həcmi 7 milyard dollara çatdı

2024-cü ildə Qazaxıstanda elektron ticarət (e-ticarət) daxili pərakəndə satışların ümumi həcmində 14,1% paya sahib olub. Milli Statistika Bürosunun məlumatına görə, bazarın ümumi həcmi 3,156 trilyon tenge təşkil edib ki, bu da təxminən 7 milyard ABŞ dollarına bərabərdir.

Bazarın 85%-i marketpleyslərə məxsusdur

Bu məbləğin 84,9%-i (təxminən 5,9 milyard dollar) elektron ticarət platformaları — marketpleyslər üzərindən həyata keçirilən satışların payına düşüb. Təxminən 890 milyon dollar isə pərakəndə satışla məşğul olan müəssisələrin öz internet saytları vasitəsilə həyata keçirdikləri satışlardır.

Ən çox satılan məhsullar

Marketpleyslər üzərindən ən çox satılan məhsullar:

  • Telefon və qadcetlər – 27,4%
  • Məişət texnikası – 13,3%
  • Geyim, ayaqqabı və idman məhsulları – 10,3%
  • Kompüter və proqram təminatı – 5,7%

Ən çox göstərilən xidmətlər

Marketpleyslər üzərindən göstərilən xidmətlər arasında əsas istiqamətlər:

  • Yük daşımaları – 29,5%
  • Sərnişin daşımaları – 29,4%
  • Nəqliyyat vasitələrində yerlərin bron edilməsi – 25%

Orta alış çeki məhsullar üçün 39 dollar, xidmətlər üçün isə 7 dollar olub.

Brend saytları üzərindən satış tendensiyası

Pərakəndə şirkətlərin öz internet saytları vasitəsilə satışlarında üstünlük təşkil edən məhsullar:

  • Kosmetika və ətirlər – 22,4%
  • Məişət texnikası – 13,4%
  • Aptek məhsulları – 11,8%
  • Telefon və qadcetlər – 10,1%
  • Zinət əşyaları – 8,7%
  • Ərzaq məhsulları – 8,3%

Bu kanallar vasitəsilə təqdim olunan xidmətlərdə lider mövqedə:

  • Nəqliyyatda yer rezervasiyası – 30,5%
  • Sərnişin daşımaları – 23,9%
  • Digər xidmətlər – 18,6%

Orta alış çeki məhsullar üzrə 86 dollar, xidmətlər üzrə isə 33 dollar olub.

Bu göstəricilər Qazaxıstanda e-ticarətin sürətlə böyüdüyünü və marketpleyslərin bu bazarda dominant gücə çevrildiyini göstərir.

© copyright 2022 | tech.az | media@tech.az