Az | EN

Qazaxıstanda "CryptoCity" qurulur: Kriptovalyuta ilə alış-veriş dövrü başlayır

Cəmil Hüseynzadə
01 İyun 2025 23:29
13 baxış
Qazaxıstanda "CryptoCity" qurulur: Kriptovalyuta ilə alış-veriş dövrü başlayır

Qazaxıstan rəsmiləri ölkədə CryptoCity adlı yeni texnoloji pilot zonanın yaradılmasını planlaşdırır. Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Forumunun plenar iclasında çıxışı zamanı məlumat verib.

Prezidentin sözlərinə görə, CryptoCity zonasında kriptovalyutalar vasitəsilə məhsul və xidmətlərin alınması mümkün olacaq. Layihə Qazaxıstanın rəqəmsal transformasiya və yüksək texnologiyalar sahəsindəki ambisiyalarının bir hissəsidir.

Tokayev qeyd edib ki, ölkə rəqəmsal texnologiyalar, süni intellekt, təmiz enerji və yüksək əlavə dəyərli istehsal sahələrində ciddi irəliləyiş əldə edib və Avrasiya IT mərkəzi olmaq məqsədinə doğru irəliləyir.

Bundan əlavə, Qazaxıstanda ən güclü superkompüter istifadəyə verilib. 2 eksaflops gücündə olan bu kompüter NVIDIA-nın ən son H200 qrafik çipləri ilə təchiz olunub və əsasən süni intellekt sahəsində istifadə üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu superkompüterin resursları startaplar, universitetlər və elmi tədqiqat mərkəzləri üçün açıq olacaq.

© copyright 2022 | tech.az | media@tech.az