Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi üzrə aparıcı maliyyə institutlarından biri -"AccessBank" QSC Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə mövcud kredit xəttini uğurla genişləndirərək, əlavə 10 milyon ABŞ dolları məbləğində ikinci tranşı əldə etdiyini elan edib.
Bu vəsait ölkə üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və inkişafına yönəldiləcək. Yeni maliyyələşdirmə "AccessBank"ın Azərbaycanda davamlı iqtisadi inkişafın vacib qüvvələrindən biri kimi rolunu daha da gücləndirəcək və yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək.
“MKOS-ların dəstəklənməsi "AccessBank"ın strateji prioritetlərindən biridir. EBRD-dən əldə olunan bu yeni maliyyələşdirmə bizə, xüsusilə də MKOS kreditlərinə artan tələbat fonunda, müştərilərimizin kapitala çıxış imkanlarını daha da genişləndirməyə imkan verir. EBRD ilə uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq. Əməkdaşlığımız ortaq dəyərlər və davamlı iqtisadi inkişafa sadiqlik üzərində qurulub,” – deyə "AccessBank"ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
EBRD-nin maliyyə dəstəyi, həmçinin, inklüziv iqtisadi artımın təşviqinə və Azərbaycanda özəl sektorun rolunun gücləndirilməsinə xidmət edir. Bu tərəfdaşlıq hər iki qurumun – sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionda maliyyə dayanıqlığının artırılması istiqamətindəki ortaq səylərini əks etdirir.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .