Az | EN

"Xalq" Banka investisiya xidmətləri göstərmək üçün lisenziya verildi

Cəmil Hüseynzadə
15 May 2025 16:45
44 baxış
"Xalq" Banka investisiya xidmətləri göstərmək üçün lisenziya verildi

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Qanunun 74-3.4-cü maddəsinə əsasən, "Xalq" Bank Açıq Səhmdar Cəmiyyətinə investisiya xidmətləri (əməliyyatları) həyata keçirmək üçün müddətsiz lisenziya verilib.

Fin.tech.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat paylaşıb.

Qeyd edək ki, bankların investisiya xidmətlərini göstərmələri üzrə tələblər 2024-cü ildə müəyyənləşdirilmişdi. Müvafiq qərarla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalamışdı.

© copyright 2022 | tech.az | media@tech.az