Az | EN

Süni İntellekt sektorunda geriləmə baş verir

Cəmil Hüseynzadə
06 May 2025 11:46
42 baxış
Süni İntellekt sektorunda geriləmə baş verir

2025-ci ilin əvvəlində süni intellekt (SI) texnologiyalarına edilən milyardlarla dollarlıq sərmayələrin dayanıqlılığı sual altına düşdü. Bu qeyri-müəyyənlik, xüsusilə Çinin DeepSeek adlı təşəbbüsündən sonra daha da dərinləşdi. ABŞ-da isə prezident Donald Trampın ticarət müharibəsini yenidən alovlandırması və Çin məhsullarına tətbiq olunan yüksək tariflər bazarları sarsıtdı. Nəticədə çip istehsalçıları və SI texnologiyaları ilə bağlı şirkətlər ciddi dəyər itirdi.

Goldman Sachs tərəfindən yaradılmış süni intellekt şirkətlərindən ibarət xüsusi bir səhmdar səbət (TMT AI Basket) yay aylarında ABŞ fond bazarının ümumi göstəricilərindən 19% daha zəif nəticə göstərib. Yəni, Sİ sektoruna aid şirkətlərin səhmləri bazar ortalamasına nisbətən daha çox dəyər itirib. 2025-ci ilin əvvəlindən bəri bu səhmlər 20%-dən çox ucuzlaşıb.

Bu qədər qiymət itkisinə baxmayaraq, Goldman Sachs-ın analitik qrupu (Louis Miller-in rəhbərliyi ilə) bildirir ki, bu düşüş müvəqqətidir və indi səhmləri ucuz qiymətə almaq üçün yaxşı fürsətdir. Onlar bu vəziyyəti "dibdən alış" — yəni qiymətlərin çox aşağı düşdüyü nöqtədə yatırım etmə fürsəti kimi qiymətləndirirlər.

Texno Nəhənglərindən Ümidverici Gəlir Hesabatları

Təəssüf doğuran tendensiyalara baxmayaraq, Alphabet Inc., Microsoft Corp. və Meta Platforms Inc. kimi texnoloji nəhənglərin son rüblük hesabatları bazarda müsbət əhval-ruhiyyə yaradıb.

Meta Platforms Inc.

Meta birinci rübdə güclü göstəricilər təqdim edib: Hissə başına gəlir $6.43 olub, gözlənilən $5.28-i üstələyib. Gəlirlər $42.31 milyard səviyyəsinə çataraq proqnoz edilən $41.40 milyardı geridə qoyub. Satışlar ötən illə müqayisədə 16% artıb, xalis gəlir isə 35% yüksələrək $16.64 milyard təşkil edib. Şirkət Asiya mənşəli e-ticarət reklamverənlərinin xərclərində azalma riskini qeyd etsə də, ümumi perspektivlər müsbətdir.

Alphabet Inc. (Google)

Alphabet də proqnozları üstələyərək $90.23 milyard gəlir və hissə başına $2.81 qazanc açıqlayıb (gözləntilər müvafiq olaraq $89.12 milyard və $2.01 idi). Axtarış və reklam seqmentləri 12% illik artımla Wall Street-in gözlədiyi 10%-lik böyüməni üstələyib. Şirkətin süni intellekt vasitəsi — AI Overviews — artıq aylıq 1.5 milyard istifadəçiyə sahibdir və bu, onun AI sahəsində rəqabətə davam gətirdiyini göstərir.

Nəticə:
2025-ci ildə süni intellekt sektoru üçün mənfi xəbər axınına baxmayaraq, əsas oyunçuların maliyyə performansı sübut edir ki, sektor tam çöküşdə deyil. Goldman Sachs-ın da qeyd etdiyi kimi, hazırkı eniş uzunmüddətli investorlar üçün strateji alış fürsəti ola bilər.

© copyright 2022 | tech.az | media@tech.az