2025-ci ilin yanvar-aprel aylarında fiziki şəxslər tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız ödənişlə alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) 9 milyon 63,5 min manatı dövlət büdcəsindən vətəndaşlara geri qaytarılıb.
Fin.tech.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.
Bu mexanizm vətəndaşların rəsmi və şəffaf alışları stimullaşdırmasına, nağdsız ödənişlərin təşviqinə və vergi yükünün azaldılmasına xidmət edir. ƏDV-nin geri qaytarılması müvafiq qanunvericiliyə əsasən həyata keçirilir və yalnız müəyyən edilmiş şərtlərlə ödənilmiş rəsmi ödənişlərə şamil olunur.